Bank Of Baku

Dünya Bankının nəqliyyat missiyası Azərbaycana gəlib

Dünya Bankının nəqliyyat missiyası Azərbaycana gəlib
# 13 aprel 2009 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Dünya Bankının (DB) nəqliyyat missiyasının Azərbaycana səfəri başlayıb. Bu barədə «APA-Economics»ə DB-nın Azərbaycandakı daimi nümayəndəliyindən məlumat verilib.
«Missiyaya DB-nın nəqliyyat üzrə mütəxəssisi Riçard Pololski (Richarl Pololsky) başçılıq edir. Səfər çərçivəsində DB-nın nümayəndə heyəti Azərbaycanda birgə icra olunan nəqliyyat layihələrinin gedişi müzakirə olunacaq, həmçinin Azərbaycanda magistral avtomobil yolları və şəhər nəqliyyatının modernləşdirilməsi və inkişafı proqramı çərçivəsində seminar keçiriləcək», - deyə nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, səfər aprelin 20-dək davam edəcək.
Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dollarından artıq maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR