Bank Of Baku

«Azercell» şirkəti yeni kampaniyaya start verib

«Azercell» şirkəti yeni kampaniyaya start verib
# 14 aprel 2009 06:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti «Dost-Tanış» xidməti üzrə yeni «Əzizlərim» kampaniyasına başlayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Dost-Tanış» nömrələri ilə beşqat artıq güzəştlə danışmaq mümkündür. Bu vaxta qədər həmin xidmət çərçivəsində yalnız 1 nömrəni «Dost-Tanış» siyahısına əlavə etmək mümkün idisə, kampaniya müddətində daha 3 «Azercell» nömrəsini və hətta əlavə olaraq 1 yerli sabit şəbəkə (şəhər) nömrəsini də öz «Dost-Tanış»ları kimi qeyd etmək olar.
Altı ay davam edəcək kampaniya dövründə fakturasız xətt abonentləri «Dost-Tanış» nömrələrlə əvvəlkindən daha da güzəştli şərtlərlə danışa biləcək. Belə ki, «Azercell»ə aid «Dost-Tanış» nömrələri ilə 1 kontur/5 saniyə, yerli sabit şəbəkə nömrəsi ilə isə 1 kontur/3 saniyə tarifi ilə danışmaq mümkündür.
Kampaniya dövründə seçilən yeni «Dost-Tanış» nömrələri üçün güzəştli tariflər yalnız 60 gün tətbiq ediləcək. Lakin 6 aylıq kampaniya boyunca abonent yenidən istənilən nömrəni (ya əvvəlki nömrəni, ya da başqa birisini) «Dost-Tanış» siyahısına əlavə edib, onlarla qeyd edilən güzəştli tariflərlə danışa bilər.
Hər dəfə hansısa nömrəni «Dost-Tanış» siyahısına salmaq üçün həmin nömrəni SMS mətninə daxil edib 8080 qısa nömrəsinə göndərmək lazımdır. Əgər abonent «Dost-Tanış» siyahısındakı hər hansı bir nömrənin yerinə başqasını əlavə etmək istəyərsə, onda SMS mətninə əvvəlcə köhnə nömrə, ardınca da yeni nömrəni yazıb 8080 qısa nömrəsinə göndərməlidir. Bu qısa nömrəyə göndərilən bir SMS-in qiyməti 99 konturdur.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən «Azercell» şirkətinin hazırda 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR