Bank Of Baku

«Bakcell» zonal güzəştlərin tətbiqinə başlayıb

«Bakcell» zonal güzəştlərin tətbiqinə başlayıb
# 14 aprel 2009 06:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti öz abunəçilərinə «Mənim ərazim» adlı yeni xidməti təqdim edir.
«Bakcell»in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Mənim ərazim» xidmətinə qoşulmaqla ərazilərdən, yəni Azərbaycanın zonalarından asılı olaraq xüsusi tariflərlə danışmaq mümkündür. Yeni xidmət «Cin Kart» və «Klass» abunəçiləri üçün nəzərdə tutulub.
«Mənim ərazim» xidmətinə qoşulmaqla abunəçilər qeydiyyatda olduqları zonalarda pik saatlarında digər «Bakcell» abunəçiləri ilə 25% güzəştlə danışmaq imkanı əldə edəcək. Xidmətin qeydiyyatdan keçirilməsi üçün abunəçi öz zonasında olduğu müddətdə mobil telefonundan *155#555# yığaraq zəng etməli yaxud da 6955 nömrəsinə zəng edərək operatorun təlimatlarına uyğun hərəkət etməlidir.
Yeni xidmətə qoşulmaq üçün abunəçilər həmçinin yaxında yerləşən «Bakcell»in Xidmət Mərkəzlərindən birinə müraciət edə bilər.
Bu xidmət çərçivəsində Azərbaycan ərazisi şərti olaraq 10 zonaya bölünüb - Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Qarabağ, Şirvan, Naxçıvan və Bakı Metropoliteni.
Qeyd edək ki, «Bakcell» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin 1,2 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR