Bank Of Baku

Asiya İnkişaf Bankının nəqliyyat missiyası aprelin sonunda Azərbaycana gələcək

Asiya İnkişaf Bankının nəqliyyat missiyası aprelin sonunda Azərbaycana gələcək
# 14 aprel 2009 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının sonunda Asiya İnkişaf Bankının (AİB) nəqliyyat missiyası Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə AİB-in Bakı ofisindən bildirilib.
Nümayəndəlikdə qeyd olunub ki, missiyanın səfəri aprelin 21-dən mayın 1-dək davam edəcək: «Aprelin 21-dən 26-dək AİB-in nəqliyyat üzrə baş mütəxəssisi Donq Su Pyonun (Dong Soo Pyo), aprelin 26-dan mayın 1-dək isə nəqliyyat sahəsində bankın aparıcı iqtisadçısı Tomomi Tamaki (Tomomi Tamaki) Azərbaycanda səfərdə olacaq».
Səfər çərçivəsində AİB mütəxəssisləri Nəqliyyat Nazirliyi və Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində bir sıra görüş keçirəcək, ölkədə icra olunan və icrası nəzərdə tutulan nəqliyyat layihələrini müzakirə edəcək.
Qeyd edək ki, ötən ilin avqust ayının əvvəlində Azərbaycanda səfərdə olan D.S.Pyo Nəqliyyat Nazirliyində bir sıra görüş keçirib. Görüşlər çərçivəsində AİB-in təmsilçisi qeyd edib ki, bank Azərbaycanda avtomobil və dəmir yollarının yenidən qurulması, tikintisi və təkmilləşdirilməsi üçün kredit ayırmağa hazırdır.
Xatırladaq ki, hazırda AİB Azərbaycanda Masallı-Astara avtomobil yolunun yenidən qurulması və «Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək» layihəsində iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR