Bank Of Baku

Azərbaycan Rusiya gəmisi üzərindən həbsi yaxın günlərdə götürə bilər

Azərbaycan Rusiya gəmisi üzərindən həbsi yaxın günlərdə götürə bilər
# 14 aprel 2009 09:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzər dənizində Azərbaycan gəmiləri tərəfindən batmaqdan xilas edilmiş, hazırda Bakıda saxlanılan Rusiyanın «Sarmat-1» gəmisi üzərindən həbs bu həftə götürülə bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib.
Q.Qurbanovun sözlərinə görə, gəminin məxsus olduğu Rusiyanın «Naviqator» şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması ilə danışıqlar aparıb və xilasetmə əməliyyatına çəkilmiş xərclərin ödənilməsi barədə razılaşma əldə olunub. Həftənin sonunadək Azərbaycan tərəfindən xilasetmə əməliyyatına çəkilmiş xərclər ödəniləcək. Bundan sonra gəminin üzərindən qoyulmuş həbs götürüləcək və gəmi Bakıdan yola salınacaq.
Qeyd edək ki, ötən il dekabrın 15-də Rusiyanın Həştərxan şəhərindən İranın Ənzəli limanına hərəkət edən, armatur və taxta materialları ilə yüklənmiş «Sarmat-1» gəmisi «Abşeron Bankəsi» ərazisində güclü küləyin təsiri nəticəsində falşbortun aralanması və bununla əlaqədar rumpel bölməsinə suyun daxil olması səbəbindən batmaq təhlükəsi ilə üzləşib. Nəticədə, gəminin sükan avadanlığı sıradan çıxıb və idarəçiliyi itirilib. Həmin gün Həştərxan Liman Administrasiyasının Dəniz Qəza-Xilasetmə Mərkəzi və «Naviqator» QSC tərəfindən edilmiş müraciətlərə əsasən, gəmi Xəzər Dəniz Neft Donanmasına məxsus «Vadim Seyidov» gəmisi vasitəsi ilə Bakıya gətirilib. Lakin sonradan Rusiya şirkəti xilasetmə əməliyyatına çəkilmiş xərcləri ödəmədiyindən, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarı ilə gəmiyə həbs qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR