Bank Of Baku

Azərbaycan «Opel Insignia» avtomobilinin kütləvi idxalına başlayır

Azərbaycan «Opel Insignia» avtomobilinin kütləvi idxalına başlayır
# 14 aprel 2009 09:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Opel» avtomobilinin Azərbaycanda rəsmi distribütoru olan «Cahan Motors» şirkəti 2009-cu ilin sonunadək ölkəyə daha 25 ədəd yeni «Opel Insignia» modelini idxal edəcək. «APA-Economics»in məlumatına görə, bunu «Cahan Motors» şirkətinin satış şöbəsinin direktoru Qasım Bağırzadə məlumat verib.
Q.Bağırzadənin sözlərinə görə, cari ilin əvvəlində «Cahan Motors» ölkəyə 1 ədəd yeni «Opel Insignia» modelini gətirib: «Ümumiyyətlə, biz 2009-cu ilin sonunadək Azərbaycana 25-27 ədəd «Insignia» modeli idxal etməyi planlaşdırırıq».
Qeyd edək ki, hazırda Azərbaycana gətirilən «Insignia» modeli 3,2 litr həcmində (260 at gücü) olan mühərriklə təchiz olunub. Avtomobilin qiyməti isə komplektasiyadan asılı olaraq 25-45 min manat təşkil edir.
Xatırladaq ki, «Cahan Holding» Şirkətlər Qrupuna daxil olan «Cahan Motors» şirkəti 2001-ci ildən fəaliyyət göstərir və 2007-ci ildən etibarən «Opel» avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR