Bank Of Baku

Azərbaycanda elektron imza layihəsinin pilot versiyasının təqdimatı keçirilib

Azərbaycanda elektron imza layihəsinin pilot versiyasının təqdimatı keçirilib
# 14 aprel 2009 10:50 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) «Ultra», «Microsoft» və «Azerin» şirkətlərinin daxil olduğu konsorsium tərəfindən «e-imza» layihəsinin son istifadəçilər üçün həllinin pilot versiyasının təqdimatı keçirilib.
Konsorsiumun operatoru olan «Ultra» şirkətindən «APA-Economics»ə verilən məlumata əsasən, RİTN-in Məlumat Hesablama Mərkəzində (MHM) keçirilən təqdimat çərçivəsində layihədə nəzərdə tutulmuş şəkildə fiziki və hüquqi şəxslər üçün e-imza kartlarının hazırlanması və onlardan istifadə qaydalarının (qeydiyyat prosesi, sənədlərin imzalanması və təqdim edilməsi, yoxlanılması) nümayişi keçirilib. Nümunə üçün çap olunmuş e-imza kartları vasitəsilə ayrı-ayrı iş ssenarilərinin imitasiyası həyata keçirilib.
Artıq bu ilin oktyabr ayında «Ultra» şirkəti e-imza sistemini tam olaraq istifadəyə verməyi planlaşdırır.
Qeyd edək ki, MHM-nin 2008-ci ildə respublikada elektron imzanın tətbiqinin əsas komponenti olan «Milli Açıq Açar» infrastrukturunun qurulması üzrə tenderinin qalibi olan «Ultra» şirkəti «Microsoft» və «Azerin»in iştirakı ilə konsorsium yaradıb.
Xatırladaq ki, artıq 10 il fəaliyyət göstərən «Ultra» şirkəti Azərbaycanda «İntel», «Microsoft», HP, «Cisco» korporasiyalarının rəsmi tərəfdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR