Bank Of Baku

Azərbaycanda «İntersputnik» Beynəlxalq Kosmik Rabitə Təşkilatının iclası keçirilir

Azərbaycanda «İntersputnik» Beynəlxalq Kosmik Rabitə Təşkilatının iclası keçirilir
# 14 aprel 2009 11:39 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Bakıda «İntersputnik» Beynəlxalq Kosmik Rabitə Təşkilatı (BKRT) Şurasının 37-ci birgə sessiyası və İstismar Komitəsinin 9-cu sessiyası işə başlayıb.
«APA-Economics»in məlumatına görə, toplantıda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yekdilliklə növbəti il üçün «İntersputnik» BKRT-nın Şurasının sədri seçilib. Ə.Abbasov öz çıxışında artıq Azərbaycan iqtisadiyyatının təbii sərvətlərdən yüksək texnologiyalara transformasiya etdiyini vurğulayıb və ölkədə peyk sənayesinin inkişafı istiqamətində fəal iş aparıldığını qeyd edib.
Birgə sessiya çərçivəsində Şura və İstismar Komitəsi təşkilatın fəaliyyətinə dair bir sıra məsələ müzakirə olunaraq qərarlar qəbul edilib. Həmçinin, təşkilatın iştirakçıları və üzvləri arasında dividentlərin bölünməsi mexanizminin dəqiqləşdirilməsinə aid istismar sazişinə əlavə və düzəlişlər təsdiqlənib. Şura və İstismar Komitəsi qeyd edir ki, düzəlişlərin qəbul olunması təşkilatın normativ bazasının aktuallaşması və müvafiq islahatların aparılması istiqamətində görülən uzumüddətli işlərin sona çatması deməkdir.
Tədbirdə «İntersputnik»in peyk şəbəkələrinin beynəlxalq tezlik əlaqələndirilməsi və qeydiyyatı məsələlərinə xüsusi diqqət yetirilib. Birgə sessiya çərçivəsində «İntersputnik» BKRT-nın Şurası və İstismar Komitəsinin dörd il müddətinə baş direktoru vəzifəsinə seçkilər keçiriləcək.
Qeyd edək ki, Təşkilat 1971-ci ildə «İntersputnik» beynəlxalq sistemi və kosmik rabitə təşkilatının yaradılması haqqında sazişə uyğun yaradılıb. Hazırda təşkilatın tərkibinə 25 ölkə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR