Bank Of Baku

Azərbaycanda mobil internet xidmətlərinin tariflərinin yüksək olması onların maya dəyəri ilə bağlıdır

Azərbaycanda mobil internet xidmətlərinin tariflərinin yüksək olması onların maya dəyəri ilə bağlıdır
# 14 aprel 2009 12:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda mobil rabitə operatorlarının mövcud internet xidmətləri üzrə tariflər yüksək olsa da, onlar bazarla tənzimlənir.
«APA-Economics»in məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Nazirliyin internet xidmətlərinin haqları üzrə apardığı endirim siyasətinin əsas məqsədi bu sahədə kütləviliyin əldə edilməsidir. Lakin tariflərin endirilməsinin əsas tələbi maya dəyərinin aşağı olması və bazarda bu xidmətlərə tələbatın çox olmasına bağlıdır.
Qeyd edək ki, Azərbaycanda mobil rabitə operatorlarının tarifləri İSP-lərin tariflərindən bir neçə dəfə yüksəkdir. Belə ki, hazırda mobil şəbəkə vasitəsi ilə 10 Kbit/s sürətlə internetə qoşulma tarifləri «Azercell» şirkətinin təklif etdiyi tarif paketindən asılı olaraq 1 qəpik və ya 2-3 kontur, «Bakcell» və «Azerfon» şirkətləri üzrə isə 10 kbit/s üçün 1 qəpik təşkil edir. Halbuki Rusiyada 1 Mbit/s sürətlə mobil internetdən istifadə tarifləri rublun manat ekvivalenti ilə 9-21 qəpiyə bərabərdir.
Xatırladaq ki, 2008-ci il ərzində Azərbaycanda internet istifadəçilərinin sıxlığı təxminən 2 dəfə artaraq 37% təşkil edib. Bu göstəricinin kəskin artması Beynəlxalq Telekommunikasiya İttifaqının standartlarına əsasən, istənilən vasitə ilə internetə çıxışı olan vətəndaşın internet istifadəçisi kimi qəbul edilməsidir (yəni, bu, kompüter və mobil telefon da ola bilər). Bu halda Azərbaycanda təkcə mobil telefon vasitəsi ilə internetə çıxışı olan istifadəçilərin sayı 12% təşkil edir. Kompüterlərdən isə internetə çıxışın sıxlığı 25%-dir. Bu o deməkdir ki, mobil internet xidmətlərinə tələbat var və artım tendensiyası müşahidə olunur.
Yaxın vaxtlarda operatorların 3G texnologiyasının tətbiqi nəticəsində bu tendensiya daha aydın konturlar alacaq, çünki bu texnologiya daha böyük sürətlə və daha aşağı maya dəyəri ilə keyfiyyətli internet xidmətlərinin göstərilməsinə imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR