Bank Of Baku

Azərbaycanda dövlət üçün alınan əmlakla bağlı xərclərin hesablanmasına dair tövsiyələr hazırlanır

Azərbaycanda dövlət üçün alınan əmlakla bağlı xərclərin hesablanmasına dair tövsiyələr hazırlanır
# 15 aprel 2009 10:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda dövlət ehtiyacları üçün alınan əmlakla bağlı xərclərin hesablanmasına dair tövsiyələr və satınalma proseduralarında iştirak edən qiymətləndiricinin ixtisas göstəricilərinə dair minimum tələblərinin müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanır. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) məlumat verilib.
Təkliflərin hazırlanması yaxın günlərdə yekunlaşdırılaraq, aidiyyəti üzrə təqdim ediləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi «Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası»na əsasən, satın alınan əmlakın qiymətləndirilməsi üçün daşınmaz əmlakın qiymətləndirilməsi üzrə peşəkar fiziki və ya hüquqi şəxslər - qiymətləndirici cəlb ediləcək. Sənədə əsasən, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması barədə qərar Nazirlər Kabineti tərəfindən İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və DƏİEDK-in birgə vəsatəti əsasında qəbul ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR