Bank Of Baku

«Delta Telecom»un WiMAX-mobile texnologiyasının təqdimatı gələn ay keçiriləcək

«Delta Telecom»un WiMAX-mobile texnologiyasının təqdimatı gələn ay keçiriləcək
# 15 aprel 2009 11:04 (UTC +04:00)
Bakı. Aynur – Vəliyeva – APA-Economics. Azərbaycanın «Delta Telecom» şirkəti WiMAX 816XI-mobile texnologiyasının təqdimatına hazırlaşır.
«Delta Telecom» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, may ayının sonuna kimi şirkət tətbiq etdiyi yeni texnologiyanın təqdimatını keçirəcək. Hazırda WiMAX 816XI-mobile texnologiyasının tətbiqi layihəsi çərçivəsində ana stansiyanın avadanlıqlarının quraşdırılacağı binada təmir-tikinti və binada havanı tənzimləyən sistemin quraşdırması işləri aparılır.
Xatırladaq ki, artıq Bakı, Abşeron yarımadası və Sumqayıtda 20-dən artıq baza stansiyası quraşdırılıb. Bununla yanaşı, şirkət yeni texnologiyanı Azərbaycanın regionlarında da tətbiq edəcək. Cənub və Şimal bölgələrində zəruri avadanlığın quraşdırılması işləri artıq başa çatmaq üzrədir.
Hazırda texnologiyadan test rejimində «Delta Telecom» şirkətinin ana stansiyasında istifadə olunur. Avadanlığın quraşdırılması işlərini Fransanın «Alkatel» şirkəti həyata keçirir.
Qeyd edək ki, «Delta Telecom» şirkəti 2006-cı ildən universal rabitə xidmətləri göstərir. Qafqaz regionunda ən iri İnternet Backbone şəbəkəsi (provayderlərə rabitə xidmətləri) «Delta Telecom»a məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkəsi platforması vasitəsi ilə Azərbaycanın 100%, Gürcüstanın isə 80%-dək İnternet provayderləri İP-Backbone xidmətləri ilə təmin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR