Bank Of Baku

«Bakcell» əhatə dairəsini genişləndirir

«Bakcell» əhatə dairəsini genişləndirir
# 15 aprel 2009 14:47 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti abunəçilərin artan tələbatını nəzərə alaraq, ölkə üzrə əhatə dairəsini genişləndirib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, əhatə dairəsinin genişləndirilməsi layihəsi çərçivəsində bu ilin mart ayında 55 yeni baza stansiyası quraşdırılıb. Onlardan 28-i Bakı və Abşeronda, 27-si isə ölkənin müxtəlif bölgələrində yerləşir. Yeni baza stansiyaları Bərdə, Qəbələ, Qax, Göyçay, Hacıqabul, İsmayıllı, Göygöl, Oğuz, Ordubad, Şahbuz, Şəki, Şamaxı, Şəmkir, Şərur və Tərtər rayonlarında quraşdırılıb.
Qeyd edək ki, fevral ayında «Bakcell» şirkəti «Nokia Siemens Networks» şirkəti ilə müqavilə imzalayıb. Həmin müqavilə çərçivəsində «Nokia Siemens Networks» xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə GSM şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsini həyata keçirəcək.
Xatırladaq ki, hazırda «Bakcell» əhalinin 88%-dən artıq hissəsini, Azərbaycan ərazisinin 80%-ni əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR