Bank Of Baku

GUAM-ın nəqliyyat üzrə işçi qrupunun 6-cı iclası Bakıda keçiriləcək

GUAM-ın nəqliyyat üzrə işçi qrupunun 6-cı iclası Bakıda keçiriləcək
# 16 aprel 2009 08:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat GUAM-ın katibliyində nəqliyyat üzrə işçi qrupun 5-ci iclası keçirilib. APA-nın məlumatına görə, iclasda quruma üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələri, avtomobil nəqliyyat milli assosiasiyalarının və GUAM-ın katibliyinin təmsilçiləri, Avtomobil Nəqliyyatı Beynəlxalq İttifaqının nümayəndələri iştirak ediblər. Toplantı iştirakçıları GUAM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq məsələləri, GUAM nəqliyyat dəhlizinin inkişaf konsepsiyasının layihəsini müzakirə edərək müvafiq qərar qəbul ediblər. İclasda həmçinin işçi qrupun növbəti iclasının müvafiq nazirlik və idarə rəhbərləri səviyyəsində Bakıda keçirilməsi barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR