Bank Of Baku

Azərbaycanda MPEG-4 sıxlaşdırma standartının tətbiqi planlaşdırılır

Azərbaycanda MPEG-4  sıxlaşdırma standartının tətbiqi planlaşdırılır
# 16 aprel 2009 09:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Rabitə sahəsində Regional Birliyin (PCC) MDB ölkələrində rəqəmli yayım üzrə əlaqələndirmə qrupu yerüstü rəqəmli televiziya yayımının tətbiqi təcrübəsi və planları haqqında məlumatların analizi göstərib ki, Azərbaycanda hazırda 1 rəqəmli ötürücü qurğu fəaliyyət göstərir.
«APA-Economics»in məlumatına əsasən, gələcəkdə ölkədə MPEG-4 sıxlaşdırma standartının tətbiqi planlaşdırılır. Bununla yanaşı, Azərbaycanda yerüstü rəqəmli televiziya yayımı üzrə qəbuledici avadanlığın istehsalının təşkili nəzərdə tutulub.
MDB ölkələrində rəqəmli yayım üzrə əlaqələndirmə qrupunun 2010-cu ildə keçiriləcək növbəti iclasında rəqəmli radio yayımı üçün nəzərdə tutulmuş 790-862 MHz diapazonunun istifadəsi məsələləri və problemləri üzərində işləmək planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR