Bank Of Baku

«Azerfon» şirkəti beş yeni rouminq sazişi imzalayıb

«Azerfon» şirkəti beş yeni rouminq sazişi imzalayıb
# 16 aprel 2009 13:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) bir neçə yeni rouminq sazişi imzalayıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, «Nar Mobile»ın yeni rouminq tərəfdaşları İndoneziyanın «Hutchison CP Telecommunications», Moldovanın «Orange Voxtel», Filippinin «Globe Telecom», Rumıniyanın «Orange» və Meksikanın «Telefónica mobil» operatorları olub.
Beləliklə, ümumilikdə «Nar Mobile» tərəfindən 71 ölkə ilə 126 rominq sazişi imzalanıb.
Xatırladaq ki, GSM operatoru olan «Azerfon» şirkəti kommersiya fəaliyyətinə 2007-ci ilin mart ayında başlayıb. «Nar Mobile» şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Hazırda şirkətin 1 milyondan çox abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR