Bank Of Baku

Azərbaycanda «Honda» avtomobillərinin mərkəzlərinin şəbəkə dairəsi genişləndiriləcək

Azərbaycanda «Honda» avtomobillərinin mərkəzlərinin şəbəkə dairəsi genişləndiriləcək
# 17 aprel 2009 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Honda» avtomobil şirkətinin Azərbaycanda rəsmi distribütoru olan «Yenimotors» şirkəti ölkə üzrə «Honda» avtomobil mərkəzlərinin şəbəkə dairəsini genişləndirir. Bu barədə «APA-Economics»ə «Yenimotors» şirkətinin prezidenti Elçin Əsədov məlumat verib.
E.Əsədovun sözlərinə görə, avtomobil mərkəzləri Gəncə, Sumqayıt, Quba və Lənkəran kimi şəhər və rayonlarında açılacaq: « Hazırda Gəncədəki mərkəz inşa olunur. Bu ilin sonunadək Gəncədə, 2010-cu il ərzində isə Sumqayıt, Quba və Lənkəranda avtomobil mərkəzlərimiz fəaliyyət göstərəcək».

E.Əsədov onu da bildirib ki, şirkətin qaydalarına əsasən, bütün «Honda» mərkəzləri 3S prinsipi ilə inşa olunacaq (satış və servis mərkəzi, ehtiyat hissələri anbarı).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR