Azərbaycana «Mercedes» taksilərinin gətirilməsi layihəsi reallaşmaya bilər
19 avqust 2010 07:43 (UTC +04:00)
Azərbaycanda «Mercedes-Benz» avtomobillərinin rəsmi distribütoru olan «AutoStar Kaukasus» şirkətinin baş direktoru Yoahim Trenklenin «APA-Economics»ə verdiyi məlumata görə, sözügedən layihəyə dair «Mercedes-Benz» və Azərbaycan Nəqliyyat Nazirliyi arasında danışıqlara 2007-ci ildə başlanılıb. «İndiyədək layihə sadə bir səbəb üzündən – avtomobillərə görə vəsaitin nə vaxt ödəniləcəyi məlum olmadığından reallaşmayıb. Ola bilsin ki, layihənin həyata keçirilməsi üçün lazımi siyasi dəstək olmayıb. Lakin buna baxmayaraq, demək olmaz ki, layihə tamamilə ləğv olunub. Belə ki, bu il ərzində tərəflər arasında danışıqlar bərpa oluna bilər», - deyə şirkət rəsmisi vurğulayıb.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində Azərbaycana 3 500 ədəd «Mercedes-Benz» avtomobilinin gətirilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində Azərbaycana 3 500 ədəd «Mercedes-Benz» avtomobilinin gətirilməsi nəzərdə tutulurdu.
İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024