Bank Of Baku

Bakıda Azərbaycan və Ukrayna gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan və Ukrayna gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 13 oktyabr 2011 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kalitnikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

APA-Economics”in xəbərinə görə, görüşdə tərəflər arasında gömrük sahəsində mövcud əməkdaşlıq və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

DGK sədri Aydın Əliyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. O, xüsusən də qaçaqmalçılıqla mübarizə sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib: “Bu baxımdan bu gün Azərbaycan və Ukraynanın gömrük xidmətləri arasında imzalanmış qaçaqmalçılıqla mübarizə sahəsində əməkdaşlıq protokolu böyük əhəmiyyət kəsb edir”.

Öz növbəsində İ.Kalitnik Ukraynada böyük Azərbaycan diasporunun fəaliyyət göstərdiyini xatırladaraq qeyd edib ki, gömrük sahəsinin inkişafı biznesin inkişafına təkan verir.

Xatırladaq ki, ötən ay Azərbaycan DGK-nın nümayəndə heyəti Ukraynada səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR