Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yolu xətti üçün qatarlar İspaniyada sifariş veriləcək

Bakı-Tiflis-Qars dəmir yolu xətti üçün qatarlar İspaniyada sifariş veriləcək
# 13 oktyabr 2011 10:00 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, BTQ dəmir yolu xətti üçün qatarları İspaniyanın “Talgo” şirkətinə sifariş vermək planlaşdırılır: “Hazırda bununla bağlı şirkətlə danışıqlar aparılır. Artıq ilkin görüşlər keçirilib”.

A.Əsgərov qeyd edib ki, “Talgo” şirkətinin seçilməsinə səbəb onun istehsal etdiyi qatarların təkər oxunun uzunluğunun həm keçmiş SSRİ respublikalarının, həm də müasir Qərb standartlarına uyğun dəyişə bilməsidir: “Keçmiş SSRİ məkanında təkər oxunun uzunluğu 1520 mm, Avropa standartlarında isə 1435 mm-dir. Bu şirkətin istehsal etdiyi qatarlar relslərini dəyişəndə təkər oxu avtomatik olaraq uzanıb-qısala bilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR