Bank Of Baku

Yeni layihələr Azərbaycan dəmir yolu ilə yüklərin daşınmasını 20 mln. ton artıracaq

Yeni layihələr Azərbaycan dəmir yolu ilə yüklərin daşınmasını 20 mln. ton artıracaq
# 13 oktyabr 2011 10:28 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin işə düşməsi nəticəsində əlavə 5 mln. ton yükün daşınması gözlənilir. Şimal-Cənub dəhlizi layihəsi çərçivəsində isə əlavə 15 mln. ton yük daşınacaq.

A.Əsgərov qeyd edib ki, Şimal-Cənub dəhlizi layihəsi Rusiya-Azərbaycan-İran istiqamətində olacaq. Bununla əlaqədar olaraq 3 ölkə arasında konsorsium yaradılmasına başlanıb. Konsorsiumun nizamnamə kapitalının 3 mln. dollar (hər ölkə 1 mln. dollar) olması nəzərdə tutulur.

A.Əsgərov Azərbaycanın Şimal-Cənub dəhlizi layihəsinin reallaşdırılmasında maraqlı olduğunu xüsusi vurğulayıb. Onun dediyinə görə, Avropa, Skandinaviya ölkələri, eləcə də Rusiya və Ukrayna ərazisindən gələn yüklər Azərbaycan ərazisindən keçməklə İranın Bəndər Abbas limanı vasitəsilə Hind okeanı hövzəsi ölkələrinə çıxa biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR