Bank Of Baku

Azərbaycanda dəmir yolunun ətrafında 800-dən artıq qanunsuz tikili var

Azərbaycanda dəmir yolunun ətrafında 800-dən artıq qanunsuz tikili var
# 13 oktyabr 2011 10:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın dəmir yolu nəqliyyatında tariflərin dəyişməsi gözlənilmir. “APA-Economics”in xəbərinə görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda tariflər nə artma, nə də azalma istiqamətində dəyişməyəcək.

A.Əsgərov qeyd edib ki, hazırda dəmir yolunun ətrafında qatarların hərəkətinə mane olan və təhlükə törədən 800-dən artıq qanunsuz tikili var: “İndiyədək qatarların hərəkətini təmin etmək üçün qanunsuz tikililərin bir hissəsi, o cümlədən yarımçıq tikililər sökülüb, qalan tikililərin sökülməsi ilə bağlı hökumətə müraciət olunub. Bundan sonrakı addımlar hökumətin qərarından asılı olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR