Bank Of Baku

Azərbaycan nəqliyyatı intellektual idarəetmə sisteminin beyin mərkəzini almaq üçün NATO qarşısında öhdəlik götürüb

Azərbaycan nəqliyyatı intellektual idarəetmə sisteminin beyin mərkəzini almaq üçün NATO qarşısında öhdəlik götürüb
# 13 oktyabr 2011 11:35 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, sistem hələlik Bakı şəhərini, sonrakı mərhələlərdə isə Abşeron rayonunu və ölkənin digər ərazisini, o cümlədən magistral yolları və rayon-şəhər mərkəzlərini əhatə edəcək.

Z.Məmmədov qeyd edib ki, sistemin sonrakı mərhələlərdə genişləndirilməsi üçün əlavə vəsaitə ehtiyac olmayacaq: “Çünki sistemin indiki texniki imkanları bütün ölkəni əhatə etməyə imkan verir”.

Nazirin dediyinə görə, sistemin ən yüksək texnologiyalar əsasında hazırlanmış beyin mərkəzi ABŞ-dan alınıb. Bunu almaq üçün hətta NATO-dan xüsusi icazə alınıb. Azərbaycan tərəfi təminat verib ki, bu sistem başqa ölkələrə ötürülməyəcək.

Z.Məmmədov layihə çərçivəsində şəhərin təhlükəsizliyi sahəsində də ciddi işlərin görüləcəyini vurğulayıb: “Artıq bir aydan sonra şəhərdə hərəkət edən istənilən şəxsi sistemin operatorları görə biləcəklər. Bu isə cinayətkarlığın azalmasına müsbət təsir edəcək”.

Qeyd edək ki, Bakıda nəqliyyatın hərəkəti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin beşmərtəbəli inzibati binasındakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kv. metr olan monitor vasitəsilə idarə ediləcək. Burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsi də əks olunub. Dayanacaqlarda quraşdırılan, Koreya istehsalı olan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Video aşkarlayıcı sistem vasitəsilə yollardakı vəziyyətin təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilib.

Mərkəzin yaxınlığında Nəqliyyat Nazirliyinin yeni binasının tikintisi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR