Bank Of Baku

Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinə indiyədək 850 mln. dollar investisiya qoyub

Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinə indiyədək 850 mln. dollar investisiya qoyub
# 13 oktyabr 2011 11:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinə indiyədək 850 mln. dollar investisiya qoyub. “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu xətti 2012-ci ilin sonunadək hazır olacaq. 2013-cü ildən isə dəmir yolu xəttinin istifadəyə verilməsi gözlənilir.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR