Bank Of Baku

Sabah Ümumdünya Standartlaşdırma Günüdür

Sabah Ümumdünya Standartlaşdırma Günüdür
# 13 oktyabr 2011 12:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Sabah Ümumdünya Standartlaşdırma Günü qeyd olunacaq.

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 1946-cı il oktyabrın 14-də Londonda SSRİ də daxil olmaqla 25 ölkənin standartlaşdırma üzrə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən konfransda Beynəlxalq Standartlaşdırma Təşkilatının (İnternational Organization for Standardization - İSO) təsis edilməsi ilə bağlı qərar qəbul edilib.

Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma sahəsi ilə bağlı dövlət siyasətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bununla bağlı “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyası sahələrində imkanların gücləndirilməsi” üzrə Tvinning layihəsi həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda “Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında” qanun layihəsi hazırlanıb, hökumətə təqdim olunub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2010-cu il yanvar ayının 1-dən Avropa Standartlaşdırma Komitəsinin (CEN) müşahidəçi qismində üzvüdür. Standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması, yerli sənayenin rəqabət imkanlarının beynəlxalq standartların tətbiqi vasitəsilə gücləndirilməsi, iqtisadiyyatın prioritet sektorlarının inkişafına dəstək məqsədilə Komitədə texniki komitələrin yaradılması prosesi davam etdirilir. Hazırda qida məhsullarının standartlaşdırılması, informasiya texnologiyaları, turizm, ekologiya və keyfiyyətin idarə edilməsi sahələri üzrə texniki komitələr fəaliyyətdədir.

Ümumilikdə, 2011-ci ilin 9 ayı ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 65 milli standart qəbul edilib. Bunlardan 20-sini Azərbaycan Standartlar İnstitutu, 4-nü komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi, 1-ni komitənin Metrologiya şöbəsi, 9-nu Ekologiya üzrə Texniki Komitə, 2-ni “Gök-Nur Bakı” MMC, 1-ni Azərbaycan Dövlət Neft Akademiyası, 2-ni AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, 12-ni “Azersun Holding”, 6-nı “Rəmzi” firması, 1-ni “Yüksəklik LTD” MMC, 1-ni “Silk Way” aviaşirkəti MMC, 3-nü Elmi-Tədqiqat və Layihə İnstitutu, 1-ni Daxili İşlər Nazirliyi, 1-ni isə Ədliyyə Nazirliyi hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR