Bank Of Baku

Azərbaycanın nəqliyyat naziri taksi sürücülərinə xəbərdarlıq edib

Azərbaycanın nəqliyyat naziri taksi sürücülərinə xəbərdarlıq edib
# 13 oktyabr 2011 13:27 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, nazirlik bu avtomobilləri tamamilə yığışdırmaq niyyətindədir: «Məqsəd ondan ibarətdir ki, bu sahədə Bakı şəhərində qanun-qayda yaradılsın və vətəndaşlara müasir, gözəl maşınlar xidmət göstərsin. Bəzi sürücülər qeyri-qanuni fəaliyyət göstərməyə vərdiş ediblər, indi taksi kimi istifadə olunan maşınların böyük əksəriyyəti bu tələblərə cavab vermir. Bəziləri hətta əzilmiş vəziyyətdədir. Biz isə onları yeni avtomobillərdə fəaliyyət göstərməyə dəvət edirik».

Əhalinin və sərnişinlərin yeni taksilərdən razılıq etdiklərini bildirən nəqliyyat naziri bildirib ki, söhbət təkcə bu taksilərdə sürücü kimi işləməkdən getmir. Onun sözlərinə görə, istənilən şəxs yeni gətirilən taksi avtomobillərini pulla alıb taksi kimi istifadə edə bilər: «Yeni taksilərin qiyməti və göstəriciləri məlumdur, istənilən şəxs yaxınlaşıb onu ala bilər, ondan sonra biz ona lisenziya verəcəyik və o, taksi fəaliyyəti ilə məşğul olacaq».

Nəqliyyat naziri başçılıq etdiyi sahədə inhisarçılığın olmadığını, bu sahədə yüzlərlə şirkətin fəaliyyət göstərdiyini bildirib: «Nəqliyyat sektorunda heç bir monopoliya yoxdur, burda yüzlərlə şirkət işləyir. Həm avtobus, həm də taksi sərnişin daşımalarında istənilən qədər fiziki və hüquqi şəxs var. Analiz etsəniz, görərsiniz ki, nəqliyyat sektorundakı qədər müxtəlif şirkətlərin çalışdığı ikinci qurum yoxdur».

Nəqliyyat naziri bildirib ki, yeni taksilərdə gediş haqqı Tarif Şurası tərəfindən müəyyənləşdirilir: «Bu qərarı icra etmək hamının borcudur, amma bu məbləğ maşınların saxlanması və ona xidmət xərcini doğrultmalıdır».

O ki qaldı indi istifadə olunan köhnə taksilərə, nazir konkret müddəti açıqlamasa da, onların müəyyən dövr ərzində tamamilə yığışdırılacağını bildirib.

Qeyd edək ki, Bakıda taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər yeni taksiləri «Bakı-Taxi» şirkətindən də ala bilərlər. Şirkətin direktoru Rauf Orucovun sözlərinə görə, bütün xərcləri nəzərə alanda yeni taksilərin Bakıda satış qiyməti 33 min manata çatacaq. İstəyənlər bu maşınları kreditlə də ala bilərlər: «Müraciət edən olsa, maşınların 3 il müddətinə kreditlə satışı da mümkündür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR