Bank Of Baku

Nazir: “Nəqliyyat müfəttişlərinin maşınların nömrəsini açmağa və sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur”

Nazir: “Nəqliyyat müfəttişlərinin maşınların nömrəsini açmağa və sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur”
# 13 oktyabr 2011 13:35 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nəqliyyat naziri belə halların əvvəllər olduğunu, lakin indi tamamilə aradan qalxdığını bildirib: «O, keçmişdə oldu, keçmişdə də qaldı». Z.Məmmədov qeyd edib ki, müfəttişlərin nə maşınların nömrəsini açmağa, nə də sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur: “Onlar sənədləri yalnız yoxlaya bilərlər, amma yük və sərnişin daşıyan sürücünün də borcudur ki, müfəttiş sənədi baxmaq üçün istəyirsə, onları təqdim etsinlər, onu təqdim etmirlər».

Nazir bu məsələdə qarşı tərəfin, yəni qanunsuz fəaliyyətlə məşğul olanların da günahkar olduğunu bildirib: «İradların hamısını müfəttişlərə yönəltmək olmaz. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlardan da soruşmaq lazımdır ki, bəs sizə kim ixtiyar verib qeyri-qanuni, lisenziya olmadan taksi sürüb, sərnişin daşıyırsan? Fərqlənmə talonu olmadan, büdcəyə vəsait ödəmədən bu işlə necə məşğul olmaq mümkündür? Ölkənin qanunlarına əməl etmək lazımdır».

Z.Məmmədov bildirib ki, indi belə hallarla hüquqi çərçivədə mübarizə aparılır. Yəni qaydanı pozan sürücülər məhkəməyə veriləcək: «Biz tapşırıq vermişik ki, heç bir iş görməyin, maşının nömrəsi yazılsın və bizim sərəncamımızla məhkəməyə getsin».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR