Bank Of Baku

Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən markalar buraxılıb

Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən markalar buraxılıb
# 14 oktyabr 2011 12:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilən markalar seriyasını təqdim edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, silsiləyə 4 markadan ibarət kiçik vərəq və 2 poçt bloku daxildir. Kiçik vərəqənin markalarında Azərbaycanın dövlət himni, dövlət bayrağı, dövlət himninin mətni, notları və xəritə təsvir olunub. Markaların nominal dəyəri 1 manata bərabərdir.

Poçt bloklarının birində Heydər Əliyev əks edilib. İkinci poçt blokunda isə Azərbaycanın dövlət bayrağı və xəritəsi çap edilib. Hər iki blokun nominal dəyəri 2 manat təşkil edir.

Bütün seriyanın bədii tərtibatında əlamətdar 18 oktyabr 1991-ci il - müstəqilliyin bərpası günü və bu tarixin 20 illik yubileyinə həsr edilən xüsusi loqotip yer alıb. Belarusda çap edilən markaların hər biri 5 min ədəd tirajla buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR