Bank Of Baku

Bakıətrafı qəsəbələrin su təminatı sisteminin qurulmasına 1,5 mlrd. manat vəsait tələb olunur

Bakıətrafı qəsəbələrin su təminatı sisteminin qurulmasına 1,5 mlrd. manat vəsait tələb olunur
# 14 oktyabr 2011 15:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakının ətrafı qəsəbələrinin su və kanalizasiya sistesmini yenidən qurulması üçün təqribən 1,5 mlrd. manat vəsait tələb olunur. «APA-Economics»in məlumatına görə, bu barədə “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, bu məbləğ ilkin texniki iqtisadi əsaslandırma nəticəsində müəyyən edilib: «Çünki hələlik layihə bitməyib, bitəndən sonra məbləğ dəqiqləşəcək».

Q.Hüseynov qeyd edib ki, ilkin qiymətləndirmələr zamanı bəzi məsələlər, o cümlədən yeni texnologiyaların tətbiqi, o cümlədən avtomatik idarəetmə sistemi, mərkəzdən idarəetmə, sayğacların avtomatik oxunması, standartların tətbiqi, mərkəzi su laboratoriyasının yaradılması və s. işlər nəzərə alınmayıb.

«Azərsu» sədrinin sözlərinə görə, bu işlər üçün tələb olunan vəsaitin əksər hissəsi dövlət büdcəsinin hesabına olacaq. Bu layihələrdən yalnız Kürdəxanının su və kanalizasiya sisteminin yaradılması, eləcə də Pirşağıda sutəmizləyici qurğunun tikintisinə Koreya tərəfi vəsait ayıracaq. Su təmizləyici qurğuya görə koreyalılar layihənin 70%-ni, yəni təqribən 43 mln. dollar vəsait ayıracaqlar. Qalan işlər dövlət büdcəsi hesabına olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR