“Akkord” dördüncü “Uğur”unu sakinlərə təqdim edib - FOTO
Kompleksdəki sakinlərin daimi su təchizatının təmini üçün binanın yaxınlığında iri həcmli, müasir standartlı su anbarı tikilərək istifadəyə verilib. Sakinlərin rahatlığı üçün kompleksin zirzəmisində 50 avtomobillik yeraltı dayanacaq inşa edilib. Bütün bunlarla yanaşı, “Akkord”un indiyədək təhvil verdiyi bütün binalarda olduğu kimi, kompleksin ətrafı tam şəkildə abadlaşdırılıb, binanın ətrafında sakinlərin və xüsusilə də, uşaqların istirahəti üçün nəzərdə tutulmuş gözəl həyət kompleksi yaradılıb. Yelləncəklər, skamyalar, oyun və ünsiyyət meydançaları, yamyaşıl qazon burada yaşayacaq hər bir sakinin zövqünü ən yüksək səviyyədə oxşamaq iqtidarındadır. Binanın həyəti də müasir işıqlandırma sistemi ilə təchiz edilib.
“Uğur-4” kompleksi adından da göründüyü kimi, “Akkord”un “Uğur” seriyasından olan komplekslərindən dördüncüsüdür. Buna qədər Korporasiya Bakı şəhərinin müxtəlif yerlərində - H.Aslanov metrostansiyasının yaxınlığında ümumi sahəsi 105 679 m2 olan “Uğur-1” (1236 mənzil) , Bakıxanov qəsəbəsindəki Y.Əliyev küçəsində 144 403 m2-lik yaşayış sahəsi olan “Uğur -2” (1788 mənzil) , paytaxtın Nizami rayonu ərazisində 34 988 m2-lik “Uğur-3” (495 mənzil) kompleklərinin inşasını həyata keçirib. Bu komplekslərdən “Uğur-1” artıq 3 ildir ki, tam şəkildə sakinlərin ixtiyarına verilib. “Uğur-2” kompleksinin isə, cari ilin sonunadək təhvil verilməsi planlaşdırılır. Ümumilikdə, 3792 mənzilə malik olan bu komplekslərdəki mənzillərin 75 faizi, yəni 2816-sı artıq “Akkord” Korporasiyasının əhaliyə təqdim etdiyi əlverişli satış-kredit şərtləri ilə öz sahibini tapıb. Bu sırada “Uğur-4” kompleksinə daxil olan 273 mənzilin 207-i də kompleksin rəsmi açılış gününədək sakinlər tərəfindən əldə edilib.
Kompleksin rəmzi açılış lentini indiyəqədərki ənənələrdən fərqli olaraq rəhbərlik nümayəndələri deyil, bütün ailələrin səadət mənbəyi olan uşaqlar kəsiblər.
Sonra “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Daşınmaz Əmlakın İstismarı Şöbəsinin rəisi və kompleksin tikintisində əvəzsiz əməyi olan İlyas Mirzəyev təbrik nitqi söyləyib. O, sakinlərə rahat həyat və gözəl günlər arzuladıqdan sonra mənzillərin açarlarını təqdim etdi. Tədbir incəsənət ustalarının çıxışları ilə davam edib.
Qeyd edək ki, “Akkord” Korporasiyası mülki yaşayış komplekslərinin tikintisi sahəsində fəaliyyət göstərdiyi 6 il ərzində ümumi yaşayış sahəsi 793 840 m2 (10 477 mənzil) olan 1 şəhərcik, 6 yaşayış kompleksi və 3 binanın tikintisini həyata keçirib. Cari ilədək 3 bina, “Uğur-4” də daxil olmaqla 2 yaşayış kompleksi və 4200 mənzilli “Abşeron Gənclər Şəhərciyi”nin böyük bir hissəsini sakinlərin ixtiyarına verən Korporasiya hazırda digər yaşayış kompleksləri üzrə tikinti-tamamlama işlərini davam etdirir.
Sevindirici haldır ki, indiyədək inşa etdiyi bütün mənzilləri əhaliyə respublikada ilk dəfə olaraq ilkin ödənişsiz və uzunmüddətli kredit şərtləri ilə təqdim edən Korporasiya ötən müddət ərzində ölkə əhalisinin əsasən, aşağı və orta təminatlı hissəsinin, xüsusilə də gənc ailələrin, o cümlədən, xüsusi təşəbbüs əsasında ölkə mediasının müxtəlif sahələrində çalışan jurnalistlərin mənzil təminatında əhəmiyyətli rol oynayıb. Bu proses son illər ərzində həyata keçirilən müxtəlif əlverişli kredit-satış kampaniyaları ilə reallaşdırılıb və hal-hazırda da davam etdirilir. Korporasiyanın cari ilin sentyabr ayında start verdiyi “Yeni mənzillər, yeni təkliflər” kampaniyası da belə əlverişli kampaniyalardan biridir. Mənzil satışında 36 ay müddətində faizsiz kredit şərtləri, həmçinin 1 ildən 15 ilədək ilkin ödənişsiz kreditlərlə mənzil sahibi olmaq imkanı təqdim edən Korporasiyanın bu aksiyası hazırda da böyük uğurla davam etməkdədir.
İnfrastruktur
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Xəbər Lenti
Cəbrayıl rayonunda mina partlayıb, 1 nəfər xəsarət alıb
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
İranın Qəşm adası raket hücumuna məruz qalıb
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
Əraqçi Qırğızıstana yollanıb
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Dünya Bankı Venesuelada zəlzələlərin vurduğu ziyanın həcmini açıqlayıb
Tehran Britaniyanı hədələyib: İrana hücumlarda istifadə olunan istənilən baza legitim hədəf sayılacaq
Bakıda 23 istiqamətdə sıxlıq var - FOTO
İran XİN: ABŞ-yə dəstək verən ölkələr İrana qarşı təcavüzün iştirakçısı sayılır
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər
“AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirib
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
KİV: Britaniya Tehrandakı səfirliyini bağlayıb, Fransa İrandakı diplomatlarını geri çağırıb
Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar - FOTO
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
Saatlıda 9 kq narkotik aşkarlanıb
Aİ "Google"u 890 milyon avro cərimələyib
Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma olub, 2 nəfər ölüb
İraqın Baş naziri Tehrana səfər edib
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub
İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb
Lənkəran penitensiar müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
ARDNF-in investisiya portfeli 9% artıb
NK azad edilmiş ərazilərdəki yaşayış sahələrinin ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını dörd aya təsdiqləyəcək
Azad edilmiş ərazilərdəki yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək