Bank Of Baku

Azərbaycan gələn il mənzil-kommunal təsərrüfatına büdcə xərclərini artıracaq

Azərbaycan gələn il mənzil-kommunal təsərrüfatına büdcə xərclərini artıracaq
# 15 oktyabr 2011 07:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dərc etdiyi «Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri»nin təqdimatında bildirilir.

Təqdimatda qeyd olunub ki, bu xərclər üçün ayrılan vəsaitin ümumi büdcə xərclərinin strukturunda xüsusi çəkisi 2%-ə çatacaq.

Mənzil-kommunal təsərrüfatının zərərinin ödənilməsinə, şəhər və rayon mərkəzlərində mənzil fondunun əsaslı təmirinə və abadlaşdırılmasına, yolların təmirinə və işıqlandırılması üçün 186,3 mln. manat vəsait nəzərdə tutulub.

Eyni zamanda, yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturun bərpa və yenidən qurulması, kommunal xidmətlər üzrə yeni tariflərin tətbiqi və bir sıra digər tədbirlər üçün mərkəzləşdirilmiş qaydada 106,1 mln. manat vəsait nəzərdə alınıb.

«Ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərin ödənilməsinə, istilik sistemi və su təchizatı obyektlərinin istismarına və təmirinə 31,6 mln. manat məbləğində vəsait proqnozlaşdırılıb», - deyə təqdimatda bildirilir.

Bundan əlavə, dənizkənarı bulvarın, Dövlət Bayrağı Meydanının, «İçərişəhər» Dövlət Tarixi-Memarlıq Qoruğunun, qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrin saxlanılmasına və abadlaşdırılmasına, magistral yolların yaşıllaşdırılmasına, Balaxanı poliqonunda məişət tullantılarının utilizasiyasına 20,5 mln. manat vəsaitin ayırlması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR