Bank Of Baku

Azərbaycanın cənub istiqamətində əsas avtomobil yolunu inşa edən İtaliya şirkətinin fəhlələri etiraz aksiyası keçirir -YENİLƏNİB - FOTO

Azərbaycanın cənub istiqamətində əsas avtomobil yolunu inşa edən İtaliya şirkətinin fəhlələri etiraz aksiyası keçirir<font color=red> -YENİLƏNİB - FOTO</font>
# 15 oktyabr 2011 12:23 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyandan Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, şirkətin 300-dən çox fəhləsi əmək şəraitinin pis olmasına etiraz edərək işi dayandırıblar. Fəhlələr bildirirlər ki, əmək haqları aşağı olmaqla yanaşı, onlar yeməkxana və yataq şəraitindən də narazıdırlar. Fəhlələrin əmək haqları 300-500 manat olduğu halda, analoji işə görə şirkətdə işləyən əcnəbilərin maaşları 3000 avrodur. Bütün bunlara etiraz edən fəhlələr işi və texnikanı saxlayaraq şirkətin Salyandakı ərazisinə yığışıblar və rəhbərliyin məsələyə münasibət bildirməsini gözləyirlər.

Qeyd edək Ki, məsələ ilə bağlı «Todini» şirkətindən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bir qədər əvvəl «Todini» şirkətinin Azərbaycandakı layihəsinin rəhbəri Alberto Kaptozi Salyanda etiraz aksiyası keçirən fəhlələrlə görüşüb və işçilərin qaldırdığı problemlərin yaxın günlərdə həll olunacağına söz verib. Eyni zamanda, fəhlələrə birdəfəlik əlavə pulun ödəniləcəyi də bildirilib. Bu barədə APA-ya açıqlamasında görüşdə iştirak edən İctimai Birliyin sədri Emil Məmmədov məlumat verib.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR