Bank Of Baku

Azərbaycan paytaxtında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA - VİDEO

Azərbaycan paytaxtında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font> - <font color=red>VİDEO</font>
# 17 oktyabr 2011 07:22 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, tədbir iştirakçıları öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Konfransda Azərbaycan baş nazirinin müavini Əli Həsənov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya, BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin direktoru Yuri Fedotovun iştirak və çıxış edəcəyi gözlənilir.

Konfransda narkotik vasitələrlə bağlı cari vəziyyət, bunun regiona təsiri məsələləri müzakirə olunacaq, BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin 2010-cu il üzrə illik hesabatı, Orta Asiyada vəziyyət - Mərkəzi Asiya Regional İnformasiya Koordinasiya Mərkəzinin transmilli narkocinayətkarlığa qarşı mübarizədə rolu, ÜGT-nin 2010-cu il üzrə illik hesabatı - regionda narkotiklərin götürülməsinə regional baxış mövzusunda məruzələr dinləniləcək.

Bu gün konfrans çərçivəsində ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın gücləndirilməsi üzrə Avropa regional ofisinin açılış mərasimi, Muzey Mərkəzində “Narkotiklərə yox deyək” mövzusunda beynəlxalq karikatura müsabiqəsi, eləcə də dünyaca məşhur musiqi qruplarının iştirakı ilə Dənizkənarı Milli parkda xeyriyyə konserti keçiriləcək.

Konfransın son iş günü isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR