Bank Of Baku

«Azercell» tələbələr üçün yeni tarif paketini istifadəyə verib

«Azercell» tələbələr üçün yeni tarif paketini istifadəyə verib
# 17 oktyabr 2011 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti ölkədə ilk dəfə bütün tələbələr üçün «Tələbə 1-liyi» tarifini istifadəyə verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni tarifə əsasən tələbələr arasında danışığın 1 dəqiqəsi 1 qəpik, ölkədaxili digər istiqamətlərdə danışığın 1 dəqiqəsi isə 5 qəpik təşkil edir. Bundan əlavə, tələbələr arasında ən populyar xidmətlərdən biri olan SMS-dən 2 qəpiyə, mobil internet paketlərindən isə 20% endirimlə yararlanacaq. Bu tarifindən bütün peşə məktəbləri və universitet tələbələri - bakalavr və magistr pilləsində təhsil alan gənclər yararlana bilər.

Tarifə qoşulmaq üçün tələbələr tələbə bileti ilə Müştəri Xidmətləri və «Azercell Ekspres» ofislərinə müraciət etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR