Bank Of Baku

Balakəndə yeni poçt şöbəsi istifadəyə verilib

Balakəndə yeni poçt şöbəsi istifadəyə verilib
# 17 oktyabr 2011 12:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC Balakəndə yeni poçt şöbəsini istifadə verib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Azərpoçt» ölkədə iş yerlərinin yaradılması, poçt şöbələri üçün binaların tikilməsi, yeni poçt şöbələrinin açılması, onların estetik vəziyyətinin yaxşılaşdırılması, göstərilən poçt xidmətlərinin keyfiyyətinin və sürətinin artırılması istiqamətində müəyyən işlər yerinə yetirir: «Bu işlərin davamı olaraq bu gündən etibarən Balakən şəhərində bu yaxınlarda inşa edilmiş yaşayış massivində yeni poçt şöbəsi fəaliyyətə başlayıb. Müasir üslubda tikilən yeni poçt obyekti lazımi texniki avadanlıqlarla və mebellə təmin olunub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR