Bank Of Baku

«Microsoft» korporasiyası «Skype»ı alıb

«Microsoft» korporasiyası «Skype»ı alıb
# 17 oktyabr 2011 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Microsoft» korporasiyası «Skype Global» şirkətinin alınması ilə bağlı sövdələşmənin başa çatdığını elan edib.

«Microsoft Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, hər iki şirkətin Direktorlar Şurasının üzvləri sözügedən razılaşmanı təsdiq edib.

Əvvəllər olduğu kimi, «Microsoft» və «Skype» diqqətlərini istənilən qurğu vasitəsilə rabitə xidmətlərinin göstərilməsi, həmçinin istehlakçı və korporativ müştərilərin real zamandakı ünsiyyətlərinin dəyişdirilməsi məsələləri üzərində cəmləşdirəcək. Razılaşmanın başa çatması həm də «Skype» şirkətinin yeni biznes bölümü kimi «Microsoft»un tərkibinə rəsmi olaraq daxil olması deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR