Bank Of Baku

Gəncədə «Dünya Gənclər Festivalı - Azərbaycanı tanı» adlı beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib

Gəncədə «Dünya Gənclər Festivalı - Azərbaycanı tanı» adlı beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib
# 17 oktyabr 2011 13:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinin sponsorluğu və «İrəli» İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə «Dünya Gənclər Festivalı - Azərbaycanı tanı» adlı beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib.

«Bakcell»dən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 13-20-ni əhatə edən festivalın məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət-ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdir. Festivala 50-dən çox ölkəni təmsil edən 100 nəfər gənc qatılıb.

Tədbirin rəsmi açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyası, «Bakcell» şirkəti, BMT və digər qurumların nümayəndələri iştirak edib.

Qeyd edək ki, festival çərçivəsində «Bakcell» gənclər üçün nəzərdə tutulan yeni «CİNeration» tarifini də təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR