Bank Of Baku

Azərbaycanın regionlarında «e-imza»nın verilməsinə başlanıb

Azərbaycanın regionlarında «e-imza»nın verilməsinə başlanıb
# 17 oktyabr 2011 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi və «Azərpoçt» MMC ölkə vətəndaşlarına, hüquqi və fiziki şəxslərə, dövlət qulluqçularına elektron imza («e-imza») sertifikatlarını vermək üçün Bakının ardınca regionlarda Poçt Filiallarının Müştəri xidmətləri şöbəsində Qeydiyyat mərkəzlərinin yaradılmasına başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, artıq cənub bölgəsində lazımi avadanlıqlar quraşdırılaraq, bu avadanlıqların infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri həyata keçirilib.

Qeydiyyat mərkəzlərinə müraciət edən hər bir vətəndaş «Elektron imza və elektron sənəd haqqında» Qanununa uyğun olaraq şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri (hüquqi və fiziki şəxs, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş etibarnamə, «e-imza» sertifikatının alınmasına müraciət olunan işçilərin siyahısı, təşkilatın nizamnaməsi, dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış, vergi ödəyicisinin qeydiyyatı haqqında bildiriş və digər qeydiyyat sənədlərini) təqdim etməlidir.

Sənədlər Qeydiyyat Mərkəzi operatorları tərəfindən yoxlanıldıqdan və xidmət haqqı vətəndaş tərəfindən ödənildikdən sonra hər bir vətəndaşın adına ərizə formalaşdırılır və «e-imza» təqdim edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR