Bank Of Baku

«Azərpoçt» ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə verəcək

«Azərpoçt» ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə verəcək
# 17 oktyabr 2011 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC tərəfindən 18 Oktyabr - Dövlət Müstəqilliyinin 20-ci ili münasibətilə ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə veriləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bayram günü münasibətilə hazırlanan tədbirlər planına uyğun olaraq Abşeron Poçt Filialının (PF) Saray 1 poçt şöbəsi (PŞ), Göygöl PF Hacıməlik PŞ, Mollacəlilli PŞ, Tərtər PF İrəvanlı PŞ, Evoğlu Poçt şöbələri ən yeni avadanlıqlarla, mebel dəstləri ilə təmin edilməklə sakinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, hazırda «Azərpoçt»un ölkə üzrə 1 600 poçt şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR