Bank Of Baku

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə keçirilən beynəlxalq konfrans davam edir

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə keçirilən beynəlxalq konfrans davam edir
# 18 oktyabr 2011 08:28 (UTC +04:00)
Bakı - APA-ECONOMICS. Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Bakıda keçirilən beynəlxalq konfrans öz işini davam etdirir.

APA-Economics”in xəbərinə görə, bugünkü sessiyada narkotik vasitələrin dövriyyəsinə qarşı «fransız təşəbbüsləri», «Paris paktı», Əfqanıstan və region ölkələri üçün BMT-nin narkotiklər və cinayətkarlıq idarəsinin proqramları üzrə son yeniliklər barədə məruzələr nəzərdə tutulub. Eləcə də narkotiklərin dövriyyəsinə nəzarətdə Argentinanın rolu, regionda konteynerlərə nəzarət proqramı, tiryək tərkibli narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, regionda bununla bağlı keçirilən əməliyyatlar barədə məlumatlar dinləniləcək.

Bundan başqa, konfransın bugünkü sessiyasında Avropanın hava limanlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin işi barədə məlumatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR