Bank Of Baku

Balakənin ən ucqar kəndində yeni elektron ATS istifadəyə verilib

Balakənin ən ucqar kəndində yeni elektron ATS istifadəyə verilib
# 18 oktyabr 2011 08:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Balakənin ən ucqar kəndlərindən olan Yeni Şərifdə yeni elektron ATS (EATS) istifadəyə verilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, EATS-də yeni quraşdırılmış avadanlıqlar nəticəsində abonentlərin sayı daha 128 nəfər artacaq. Hazırda idarənin əməkdaşları Balakən-Qabaqçöl istiqamətindəki xətlərdə təmir-bərpa işləri aparmaqla yanaşı, mənzillərə xətlərin çəkilişini həyata keçirir. İlkin olaraq 30 abonentə xətlərin çəkilməsi təmin olunub.

Qeyd edək ki, tədricən paytaxtla yanaşı, regionlarda da NGN texnologiyaları stansiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR