Bank Of Baku

Bu gün Xətai və Nizami rayonlarına içməli suyun verilməsində müvəqqəti məhdudiyyətlər olacaq

Bu gün Xətai və Nizami rayonlarına içməli suyun verilməsində müvəqqəti məhdudiyyətlər olacaq
# 18 oktyabr 2011 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihəyə uyğun olaraq yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesinin həyata keçirilməsi məqsədilə Bakı şəhərinin şərq hissəsində yerləşən Şərq su anbarında yeni çəkilmiş xətlər şəbəkəyə qoşulur.

“Azərsu” ASC-dən “APA-ECONOMICS”ə verilən məlumatına görə, bununla əlaqədar oktyabrın 18-nə keçən gecədən başlayaraq gün ərzində Xətai və Nizami rayonlarına içməli suyun verilməsində müvəqqəti məhdudiyyətlər olacaq.

Qoşulma işlərinin axşam saatlarında - saat 19.00-20.00-da başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR