Bank Of Baku

Azərbaycan paytaxtının Baş Planı 2012-ci ilin sonuna qədər hazır olacaq

Azərbaycan paytaxtının Baş Planı 2012-ci ilin sonuna qədər hazır olacaq
# 18 oktyabr 2011 10:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Bakının Baş Planı üzərində işlər davam etdirilir. “APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, paytaxtın Baş Planı üzərində işlərin 2012-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

C.Qocayev qeyd edib ki, 2030-cu ilə qədər Bakının “Papanin” və “Sovetski” kimi məşhur olan ərazilərinin abadlaşdırılması nəzərdə tutulur: “Bu zaman yaşayış üçün yararsız və tarixi dəyəri olmayan binalar söküləcək, onların yerində müasir binalar tikiləcək. Tarixi binalar isə texniki cəhətdən möhkəmləndiriləcək, onların təyinatını dəyişib, məsələn, muzey, qalereya yaratmaq məqsədəuyğun olardı. Hazırda adı çəkilən ərazilərdə insanların normal hərəkəti, uşaqların oynaması üçün yer yoxdur. Abadlaşdırma zamanı insanlar üçün normal şərait yaradılacaq, eyni zamanda şəhərin gözəlləşdirilməsi nəzərdə tutulur”.

Bakıdakı gecəqonduların sənədləşdiriləcəyini vurğulayan C.Qocayev “Papanin” və “Sovetski” adlandırılan ərazilərdə gecəqonduların olmadığını söyləyib. Onun dediyinə görə, abadlaşdırma işlərinin tamamilə dövlət vəsaiti hesabına yerinə yetirilməsi nəzərdə tutulmur: “Bu işləri görmək üçün hansısa bir müəssisə və ya MMC yaradıla bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR