Bank Of Baku

«Azerfon» şirkəti 2011-ci ilin yay təcrübə proqramının nəticələrini elan edib - FOTO

«Azerfon» şirkəti 2011-ci ilin yay təcrübə proqramının nəticələrini elan edib - <font color=red>FOTO</font>
# 18 oktyabr 2011 15:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti 2011-ci ilin yay təcrübə proqramının nəticələrini elan edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, təcrübə proqramını uğurla bitirmiş tələbələr işlə təmin edilib.

Təcrübəni uğurla bitirmiş 8 tələbə, o cümlədən 4 ən uğurlu tələbə işlə təmin edilib. Belə ki, bu 4 tələbə müvafiq olaraq IT Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis, IT Performans Monitorinqi üzrə Mütəxəssis, Şəbəkə Kanal Kommutasiya Sistemi üzrə Mühəndis və Şəbəkə Paket Kommutasiya Sistemi üzrə Mühəndis vəzifələri üçün «Azerfon» şirkəti ilə əmək müqavilələri imzalayıb. Sözügedən tələbələr artıq əmək fəaliyyətinə başlayıb.

Bundan başqa, təcrübə proqramında iştirak edən tələbələr sertifikatlar və qiymətli hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, «Azerfon» Yay Təcrübə Proqramına 2011-ci ilin iyun ayında start verilib və həmin proqramda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, «Qafqaz» Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı kimi təhsil müəssisələri və ABŞ təhsilli Azərbaycan Məzunlar Assosiasiyası iştirak edib. Bu proqram tələbələrə universitetdə aldıqları bilikləri təcrübədə tətbiq etmək, ixtisasları haqqında daha çox öyrənmək və proqramın uğurla tamamlandığı təqdirdə, «Azerfon» şirkətində iş yeri qazanmaq imkanını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR