Bank Of Baku

Sentyabrda yeni tikililərin qiyməti dəyişməyib

Sentyabrda yeni tikililərin qiyməti dəyişməyib
# 18 oktyabr 2011 15:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Bu ilin sentyabr ayı ərzində Bakıda yeni tikililərin qiymətləri dəyişməyib. “APA-Economics”in xəbərinə görə, bu barədə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi ötən ay apardığı monitorinqlərin nəticələrinə əsasən məlumat yayıb.

Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda ötən aylardakı aktivlik sentyabr ayında da davam edib: «Bazarda hələ də təklif tələbi üstələsə də, mövsümi amillər, ipoteka kreditlərinin ayrılması, yeni tikililərin istismara qəbul edilərək vətəndaşların mülkiyyət hüququnu təsdiq edən Dövlət Reyestrindən “Çıxarış” almaq imkanlarının yaranması, kredit müddətinin uzadılması, ilkin ödənişlərin minimuma endirilməsi, rieltor şirkətləri ilə iş birliyinin qurulması və digər tədbirlər yeni tikililərin satışında aktivliyi davam etdirib».

Sentyabrda ilkin bazarda satışda olan binaların sayı azalaraq 428-dən 426-ya düşüb. Tikinti şirkətlərinin sayı isə ötən aya nisbətən 153-dən 152-yə düşüb.

Sentyabrda yeni tikililərin orta qiyməti əvvəlki aydakı kimi 1 kv. m üçün 837 manat səviyyəsində qərarlaşıb. Bu ötən ilə nisbətən 3,1%, bu ilin əvvəlinə nisbətən isə 1,3% azdır. Ümumilikdə 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə ilkin bazarda qiymətlər 29,9% azalıb.

Sentyabr ayında şəhərin 1-ci zonasında orta qiymət 1 kv. m üçün 2132,8 manat, 2-ci zonada 1218,4 manat, 3-cü zonada 644,1 manat, 4-cü zona üzrə isə 563,3 manat təşkil edib. Sentyabr ayı ərzində, ötən aylardakı kimi, yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR