Bank Of Baku

Biləsuvarın daha bir kəndinə təbii qazın verilməsi bərpa olunub

Biləsuvarın daha bir  kəndinə təbii qazın verilməsi bərpa olunub
# 23 dekabr 2011 04:19 (UTC +04:00)
Biləsuvar. Ağəddin Babayev – APA. 20 illik fasilədən sonra Biləsuvar rayonunun Təzəkənd kəndinə təbii qazın verilməsi bərpa olunub. Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, bu münasibətlə düzənlənən mərasimdə çıxış edən Biləsuvar RİH-nin başçısı Mahir Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Ənvər Ahəngdari, Abşeron Magistral Qaz Kəmərləri İdarəsinin rəisi Gülab Bünyadov və digərləri əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində son dövrlər ölkə başçısı tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini, “Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı”na uyğun olaraq növbəti illərdə digər şəhər və rayonlar kimi, Biləsuvarın da digər yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün zəruri tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıblar. Tədbirdə o da bildirilib ki, 5,5 kilometr uzunluğunda daşıyıcı qaz boruları vasitəsilə Təzəkənd kəndində ilkin mərhələdə 130 evə qaz xətti çəkilməklə həmin evlərdə sayğaclar quraşdırılıb. Müəyyən müddət ərzində isə kənddə daha 146 ev təbii qazla təchiz olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR