Bank Of Baku

Bakı-Böyük Kəsik dəmiryolu xəttinin daha 7 km-lik hissəsinin əsaslı təmirinə başlanılıb

Bakı-Böyük Kəsik dəmiryolu xəttinin daha 7 km-lik hissəsinin əsaslı təmirinə başlanılıb
# 23 dekabr 2011 08:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun daha 7 km-lik hissəsinin əsaslı təmirinə başlanılıb.

“Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verilən məlumata görə, dekabrın 23-25-də Dəllər-Zəyəm mənzilinin 143-148-ci kilometrində 5,5 km, dekabrın 26-da isə Tovuz-Qovlar mənzilinin 118-120-ci kilometrində 1,5 km yol əsaslı təmir olunacaq.

Qeyd edək ki, əsaslı təmir işləri Dövlət Proqramının icrası istiqamətində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi» çərçivəsində Çexiyanın “EximBank”ı tərəfindən ayrılan 215 mln. avro məbləğində kredit hesabına həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə bu ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib və bu günə kimi 33,5 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərinə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR