Bank Of Baku

Nazir: “Azərbaycanda internetin qiymət dəyişikliklərini bazar özü tənzimləyəcək”

Nazir: “Azərbaycanda internetin qiymət dəyişikliklərini bazar özü tənzimləyəcək”
# 23 dekabr 2011 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bundan sonrakı mərhələlərdə Azərbaycanda internetin qiymət dəyişikliklərini bazar özü tənzimləyəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda internetin qiyməti Şərqi Avropa ölkələri səviyyəsindədir.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda internetin topdansatış qiymətləri 2 dəfə azalıb. Sonuncu dəfə oktyabr ayının 1-də Azərbaycanın dövlət internet provayderləri - “Aztelekom” və “Bakinternet” internetin inkişafı və yeni xidmətlərə tələbatın artması ilə əlaqədar genişzolaqlı internet xidmətlərinin qiymətlərini aşağı salıb. Dövlət provayderlərinin tarifləri kanalın sürətindən asılı olaraq faiz nisbəti ilə 25-50% ucuzlaşıb (orta hesabla 40%). Provayderlərin xidmətlərinə əvvəllər qoşulmuş abonentlərin kanal sürəti artırılıb. Məsələn, əvvəllər 1 Mbit/s kanal sürəti üçün 20 manat ödəyən abonentlər oktyabrın 1-dən etibarən internetə 2 Mbit/s sürəti ilə daxil olmağa başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR