Bank Of Baku

Azərbaycanda peyk antenalarının yığışdırılması nəzərdə tutulmur

Azərbaycanda peyk antenalarının yığışdırılması nəzərdə tutulmur
# 23 dekabr 2011 08:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda əhalinin 85%-nin rəqəmsal televiziya yayımına keçidi tam təmin olunub. “APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, rəqəmsal yayıma tam keçid 2013-cü ilin I yarısında bitməlidir: “Amma bunu 2012-ci ildə tam təmin edə biləcəyik. Düşünürəm ki, analoq yayım uzun müddət rəqəmsal yayımla paralel aparılmalıdır. Çünki Azərbaycanda rəqəmsal televizorların sayı azdır. Analoq televizorlar isə qiyməti 30-40 manat olan əlavə qurğuların quraşdırılmasını tələb edir. Qanuna görə, hər bir Azərbaycan vətəndaşı Azərbaycan telekanallarını pulsuz izləməlidir”.

Nazir qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ki, ölkədə yeni kommersiya kanalları və özəl şirkətlərin yaradılmasını təklif edib: “Bu istiqamətdə hazırda işlər aparılır”.

Ə.Abbasov bu gün Azərbaycanda əhalinin 60%-nin qeydiyyata düşməyən peyk antenalarından istifadə etdiyini, amma bunların yığışdırılmasının nəzərdə tutulmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR