Bank Of Baku

Azərbaycanın daşınmaz əmlak bazarı üzrə geniş icmal hazırlanıb

Azərbaycanın daşınmaz əmlak bazarı üzrə geniş icmal hazırlanıb
# 23 dekabr 2011 10:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu gün Bakıda sənədin təqdimatı keçirilib. İcmalı təqdim edən şirkətin prezidenti Nüsrət İbrahimov bildirib ki, icmal hazırlanarkən yalnız 2000-ci ildən sonrakı dövr üzrə məlumat bazasının toplanması mümkün olub və bu səbəbdən icmal yalnız son 11 ili əhatə edir.

N.İbrahimovun sözlərinə görə, icmalın əsas məqamı qiymətlər indeksinin müəyyənləşməsi ilə bağlı olub və bu səbəbdən 2000-ci ilin qiymətləri 1 əmsalı (baza) kimi götürülüb. Nəticədə, 2011-ci ildə təkrar mənzil bazarında qiymətlər indeksinin 5,76 olduğu müəyyənləşir ki, bu da təkrar bazarda qiymətlərin son 11 ildə 5,76 dəfə artması deməkdir. Beləliklə, bu müddət ərzində orta qiymətlər (1 kv. metr üzrə) 225 dollardan 1 297 dollara qədər artıb.

Həmçinin qeyd edilib ki, ilkin bazarda qiymətlər indeksi 4,31 təşkil edib. Belə ki, burada 1 kv. metrin qiyməti 181,1 dollardan 780 dollara qədər artıb. İcmaldan həmçinin zonalar, şəhərin rayonları, layihələr, otaqların sayı, mənzillərin kirayə haqları və s. göstəricilər əks olunub. Belə ki, burada orta qiymətlər son 11 ildə 200 dollardan 722 dollara qədər artıb.

Qeydə edək ki, icmal Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) texniki dəstəyi ilə hazırlanıb. IFC-nin bu layihədə əsas sifarişçi kimi çıxış etməsi isə maliyyə sektoru, o cümlədən bank və sığorta şirkətlərinə daşınmaz əmlak üzrə əməliyyatlarda (ipoteka, girov, sığorta və s.) və bazar araşdırmalarında dəstək olmaq məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR