Bank Of Baku

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - FOTOSESSİYA

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 dekabr 2011 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib.

«APA-Economics»in məlumatına görə, kollegiya iclasının gündəliyinə rabitə birlik və müəssisələri üzrə 2012-ci ilin büdcə göstəricilərinin (maliyyə-iqtisadi və texniki göstəricilər üzrə proqnozların və investisiya qoyuluşu proqnozlarının) təsdiq edilməsi, operatorlar, provayderlər arasında ara bağlantısının tənzimlənməsi, onlara ayrılmış resurslardan istifadə və universal telekommunikasiya və poçt xidmətlərinin təşkili vəziyyəti, telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması işlərinin gedişatı daxil olub.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə keçirilən iclasda qeyd olunub ki, nazirliyin tabeçiliyində olan təşkilatlarda 2011-ci ilin yanvar-sentyabr aylarında qeydə alınan artımı nəzərə alaraq, 2012-ci ildə bu təşkilatlar üzrə artım dinamikasının 4% təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, cari ilin yekunlarına dair nazirliyin kollegiya iclası 2012-ci ilin yanvar ayında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR